YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qüdrətli Azərbaycan yaradan İlham Əliyev!

Şərurlu seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da  Şərur rayon Aşağı Daşarx, Oğuzkənd, Şəhriyar kəndlərindən olan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Naxçıvan MR Ali Məclisin deputatları Günel Vəliyeva, Nüsrət Həsənov, partiyanın veteran üzvü Məmməd Şabanov, təşviqat qrupunun üzvləri Ələkbər Süleymanov, Bəhruz İbrahimov, Cahandur Məhərrəmov, Musa Şirəliyev,  Əli Əlisoy, Tahir Əliyev, Asəf  Babayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, təhlükəsizliyimizin təmini, pozulmuş ərazi bütövlüyümüzün bərpası oldu. Bu illər ərzində uğurla həyata keçirilən regional inkişaf proqramları, genişmiqyaslı abadlıq və quruculuq tədbirləri rayon və şəhərlərimiz arasında fərqi aradan qaldırdı, əhalinin sosial-rifahını yaxşılaşdırdı, yoxsulluq səviyyəsini aşağı saldı. İndi Azərbaycanla hesablaşırlar, regionda bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir.

Natiqlər fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etmək və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs vermək üçün seçicilərə çağırış ediblər.

Seçicilər isə fevralın 7-də xalqımıza Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini qeyd ediblər.