Xəbərlər
Seçimimiz Şuşanın xilaskarıdır!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Binəqədi rayonunda məskunlaşan şuşalı seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, Milli Məclisin deputatı, YAP Veteranlar Şurasının üzvü Elman Məmmədov, təşviqat qrupunun üzvləri Ağalar Əliyev və Anar Əlizadə iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda əminliklə ifadə olunub ki, xalqımız növbəti prezident seçkilərində yenidən qalib Liderə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq.
Seçicilər də öz növbəsində “Əziz Şuşanın xilaskarına səs verəcəyik”,- deyərək fikirlərini ifadə ediblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.