Xəbərlər
Milli maraqların təminatçısı!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Yevlax rayonunun Aşağı Salamabad, Gülövşə və Əkşəm kəndlərində yaşayan seçicilər ilə görüş keçirilib.
Görüşdə YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Milli Məclisin deputatı İlham Məmmədov, təşviqat qrupunun üzvləri Məmmədəli Yusibov və Ariz Mikayılov çıxış ediblər.
Vurğulanıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən siyasət nəticəsində daxili və xarici diplomatiyada qazandığımız böyük uğurlar bizi şanlı Zəfərə apardı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
Təşviqat qrupunun üzvləri seçiciləri seçki günündə fəal olmağa və parlaq gələcəyin təminatçısı cənab İlham Əliyevə səs verməyə çağırıblar.