Xəbərlər
Firəvanlığa, inkişafa...
Şəki rayonunda seçicilərlə görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Şəki rayonunun Böyük Dəhnə və Cəfərabad kəndlərində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, sədr müavini Ziya Vəliyev, təşviqat qrupunun üzvləri Xanlar Ağabəyov, Kərim Xudiyev, Kamil Məmmədov, Şahin Şirinzadə, Nəriman Səmədov çıxış ediblər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, fəaliyyəti dövründə Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli inkişafının təmin edilməsinə, xalqın rifahının yaxşılaşmasına, ölkəmizin beynəlxalq aləmdə nüfuzun artmasına çalışmış və buna maksimum nail olmuşdur. Azərbaycanın əzəmətli inkişafı Prezident, YAP Sədri İlham Əliyevin adı və həyata keçirdiyi siyasətlə bağlıdır.
Çıxış edənlər seçiciləri cənab İlham Əliyevi dəstəkləyərək, ölkəmizin daha da güclənməsinə, inkişafına, firavanlığına səs verməyə çağırıblar.
Seçicilər də seçkilərdə fəal iştirak edəcəklərini, layiqli namizəd, qalib xalqın qalib Lideri cənab İham Əliyevə səs verəcəklərini bildiriblər.