YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ən böyük uğur!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Qusar rayonunda görüş keçirilib.

Görüşdə YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov, təşviqat qrupunun üzvləri Zahir Mustafayev, Reyhan Bağışova çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son 20 ildə keçdiyi tarixi inkişaf yoluna nəzər salınıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, xalqımız dünyada mübariz və müzəffər xalq kimi tanındığı diqqətə çatdırılıb.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə, daha qüdrətli Azərbaycan naminə cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.