YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qələbələrimizin davamı üçün

Xətai rayonunda “qapı-qapı” məhəllə görüşləri davam edir

2024-cü il  fevralın 7-də ölkəmizdə keçiriləcək  prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş  cənab İlham Əliyevin  seçkiqabağı təşviqat kampaniyası  çərçivəsində  yanvarın 26-da Xətai rayonunda “qapı-qapı” məhəllə görüşlərinin qrafikinə uyğun olaraq seçicilərlə növbəti görüşlər 8 noyabr 22v,  X. Əzizzadə 2, 8 noyabr 40, 8 noyabr 22b və 22 ünvanlarında keçirilib.

Görüşlərdə Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, ərazi bütövlüyümzün və suverenliyimizin tam təmin olunmasından sonra Azərbaycanın həyatında yeni dövr başlayıb. Bu mərhələnin yeni hədəflərinin müəyyənləşdirilməsində  7 fevral 2024-cü il tarixində keçiriləcək prezident seçkiləri əhəmiyyətli rol oynayacaq. Bu seçkilər, həmçinin cənab İlham Əliyevin Prezidentlik fəaliyyətinin 20 ilinin hesabatıdır. Bütün vədlər, qarşıya qoyulan vəzifələr uğurla icra edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tarixi Zəfərə imza atmaqla Azərbaycanı qalib ölkə, xalqımızı yenilməz, məğrur xalq kimi dünyaya təqdim etdi. Cənab İlham Əliyev qalib Sərkərdəsi kimi adını qızıl hərflərlə müasir tariximizə yazdırıb.

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri seçiciləri qələbələrimizin davamı üçün 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşlərdə çıxış edən seçicilər xoşbəxt gələcək üçün cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.