YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderlə zəfərlərdən-zəfərlərə!

Cəlilabad rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 26-da Cəlilabad rayonunun qadın seçiciləri və Kazımabad kəndində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Milli Məclisin deputatları Malik Həsənov və Elman Nəsirov çıxış ediblər.  Çıxışlarda qeyd olunub ki, dünya qələbəmizlə başa çatan Vətən müharibəsi ilə müstəqil Azərbaycanın gücünü, qüdrətini, bu tarixi uğurların müəllifi olan Prezident İlham Əliyevin liderlik bacarığını aydın gördü. Ötən 20 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi strategiyanın prioriteti ölkəmizin hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, təhlükəsizliyimizin təmini, ərazi bütövlüyümüzün bərpası oldu. Dövlətimizin başçısının "Qarabağ Azərbaycandır və nida" ifadəsi "Dəmir yumruq" əməliyyatı ilə böyük Qələbəmizin rəmzinə çevrildi. Azərbaycanın üçrəngli bayrağı azad edilmiş Qarabağ torpaqlarında ucaldıldı.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Görüş zamanı çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs  verəcəklərini bildiriblər.