Xəbərlər
Azərbaycanı zirvədən-zirvəyə aparan Lider!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Binəqədi rayonunda məskunlaşmış şuşalı seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və təşviqat qrupunun üzvü Ağalar Əliyev çıxış edib.
Qeyd olunub ki, qədirbilən xalqımız zəmanəmizin ən görkəmli liderlərindən biri olan, beynəlxalq arenada mühüm rol oynayan cənab İlham Əliyevlə qürur duyur. 20 il əvvəl başlayan uğur yolu Azərbaycanı zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparmaqdadır.
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğaldan azad etdiyi Şuşa şəhərinin yenidən qurulduğu, cənnət məkana çevrildiyi xüsusi qeyd olunub.
Seçicilər çıxışlarında xalqa ləyaqətlə xidmət edən Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevi dəstəklədiklərini bildiriblər.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.