Xəbərlər
Azərbaycan xalqını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandan
Xaçmaz rayonunun Nabran və Seyidlikəndyeri seçiciləri ilə görüşlər keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Xaçmaz rayonu Nabran, Seyidlikəndyeri kənd seçiciləri ilə görüşlər keçirilib.
Görüşdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, Abasyar Heydərov, Telman Museyibov çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyev bütün vədlərini yerinə yetirib, hər bir Azərbaycanlının Prezidenti olduğunu təsdiqləyib. Ən böyük naliyyət misilsiz, möhtəşəm Zəfər isə Azərbaycanın suverenliyinin bərpa olunmasıdır.
Natiqlər seçiciləri ölkəmizdə mühüm və böyük əhəmiyyət kəsb edən prezident seçkilərinə hamı bir nəfər kimi məntəqələrə gedərək gələcəyimizə inkişafımıza Prezidentimiz İlham Əliyevə səs verməyə çağırıblar.