YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfərlərə davam!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Zərdab rayonunun Körpükənd kəndində və şəhər ərazisində seçicilərlə görüş keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri İlham Abbasov, Müşfiq Heybətov, Zemfira Eyvazova və Sevinc Məmmədova çıxış ediblər.

Çıxış edənlər bildiriblər ki, Vətən müharibəsində və antiterror tədbirlərində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan qələbələr qüdrətli xalq olduğumuzu bir daha bütün dünyaya sübut etdi. Cənubi Qafqazda, eləcə də beynəlxalq arenada yeni reallıqların təməli qoyuldu. Şanlı Zəfərimizin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasətin və tariximizin ən böyük, misilsiz qələbəsi olduğunu deyilib.

Seçicilər çıxışlarında fevralın 7-də seçki məntəqələrinə gedərək xalqa Qələbə sevinci yaşadan Liderə səs verəcəklərini deyiblər.

Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, təşviqat kampaniyası çərçivəsində Zərdab rayonundan olan Vətən müharibəsi şəhidi Turan Muradovun ailəsi də ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv