YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordubad rayonunda seçicilərlə növbəti görüş...

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də  Ordubad rayonunun Biləv, Dəstə, Vənənd kəndlərində yaşayan seçicilərlə görüşlər keçirlib.

Görüş zamanı çıxışlarda qeyd olunub ki Yeni Azərbaycan Partiyası prezident seçkilərində  “Qalib xalqın qalib Lideri!” şüarı ilə iştirak edir. Natiqlər seçiciləri 7 fevral seçkilərində aktiv iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verməyə çağırıblar.

Söhbət zamanı seçicilər xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs  verəcəklərini bildiriblər. 

Qeyd edək ki,  Ordubad şəhərində məhəllə görüşləri də keçirilib.