Xəbərlər
Xalqını zirvələrə ucaldan qalib Lider!
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Samux rayonunun Yenikənd, Köbər və Qaraağaclı kəndlərində seçicilərlə görüşlər keçirilib.
Görüşlərdə YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, təşviqat qrupunun üzvləri Sevinc Xəlilova, Mehman Əliyev, Ələsgər Əliyev, Azər Əhmədov, Mirzəmməd Orucov, Məhəbbət Həsənova, Tahir Bağırov, Fidayıl Əliyev və Maviyyə Hüseynova çıxış ediblər. Natiqlər qəti əminliklə bildiriblər ki, Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru, düzgün seçim edəcək. Bu seçim isə “Qalib Lider, Qalib Ordu, Qalib Xalq” fəlsəfəsinin müəllifi, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.
Qeyd edək ki, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov və sədr müavini Sevinc Xəlilova seçicilərlə fərdi görüşlər keçiriblər.