YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sözü imzası qədər keçərli olan Lider

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Şabran rayonunun Çölquşçu, Hacıqaraqaşlı və Çayqaraqaşlı kəndlərində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, təşviqat qrupunun üzvü Təvəkkül Əliyev və başqaları çıxış ediblər.

Çıxışlarda bildirilib ki, cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə Azərbaycan regionun lider dövlətinə çevirilib, son 20 ildə bütün sahələrdə dinamik inkişafa nail olunub, insanların rifah halının yaxşılaşması istiqamətində ardıcıl islahatlar davamlı olaraq həyata keçirilməkdədir.  Qeyd olunub ki, bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin sosial-iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə milli gücünün artmasını təmin edib.

Natiqlər seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər isə əminliklə bildiriblər ki, fevralın 7-də seçki məntəqələrinə gedərək Azərbaycan xalqının qalib Lideri İlham Əliyevə səs verəcəklər.