Xəbərlər
Xalqın taleyini əminliklə etibar etdiyi Lider
Gədəbəy rayonunda seçicilərlə görüş davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 25-də Gədəbəy rayonunun Əlinağılar, Gərgər və Dəyirmandağ kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, təşviqat qrupunun üzvləri Zaur Mehdiyev, Müşfiq Bağırov, Kəklik İbrahimova, Tural Topçuyev, Elxan İsmayılov, şəhid atası Saqib Əliyev, Vətən müharibəsi iştirakçıları Turxan Rəsulov və Tunar Məmmədov çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyev Azərbaycana 20 il rəhbərliyi dövründə öz bilik və bacarığını ölkəmizin inkişafı, möhkəmlənməsi, suverenliyinin tam bərpa olunmasına həsr etmişdir. Cənab İlham Əliyev müasir Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdırmağı bacarıb.
Natiqlər kənd sakinlərini Azərbaycan xalqının və dövlətinin milli maraqlarını müdafiə edərək, respublikamızın ərazi bütövlüyünü bərpa edən qalib Liderə səs verməyə dəvət ediblər.
Görüşdə çıxış edən seçicilər isə fevralın 7-də seçki məntəqələrinə gedərək ölkəni daim inkişaf və tərəqqi yolu ilə irəli aparan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.