YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan inamla inkişaf edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Culfa rayonunun Bənəniyar kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri, Mübariz Allahverdiyev, Duvangir Əhmədov, Yaqub Məmmədov, Nazil Qulusoy çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2003-cü il oktyabr ayının 15-də xalqın böyük dəstəyi və sevgisi ilə prezident seçilən cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu 20 ildir ki, uğurla və ləyaqətlə davam etdirir. Bu gün Azərbaycan  dünyada ən yüksək müsbət göstəricilər nümayiş etdirən dövlətlərdən biridir. Qürurverici haldır ki, illər öncə Prezident İlham Əliyevinin dediyi “Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” ifadələri bu gün artıq reallığa çevrilib. 

Vətən müharibəsində qazandığımız böyük Qələbənin əbədi qürur mənbəyimiz olacağını deyən natiqlər kənd sakinlərini “Zəfər seçki”sində qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə dəvət ediblər.

DİGƏR Xəbərlər Arxiv