Xəbərlər
Bütün sferalarda çevik islahatlar aparılıb
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də İsmayıllı şəhəri ərazisində bir qrup seçicilərlə fərdi görüşlər keçirilib.
Görüşlərdə YAP İsmayıllı rayon təşkilatının sədr müavini Anar Nəbiyev və təşviqat qrupunun üzvləri çıxış ediblər.
Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən bəhs ediblər.
Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.