YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

XXI əsrin qalib Lideri!

Ağdamlı seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 24-də Ağdam rayonunun Üçoğlan, Alıbəyli, Böyükbəyli, Ortaqışlaq, Səfərli, Ballar və Kiçikli kəndindən olan seçicilərlə növbəti görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, təşviqat qrupunun üzvləri Natiq Cavadov, Məhəmməd Hüseynov çıxış ediblər. Çıxışlarda bildirilib ki, son 20 ildə qazandığımız nailiyyətlər tarixi reallıqdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeniləşən, müasirləşən, qüdrətli dövlətə çevrilib. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının iqtidarda olduğu 30 ildən artıq dövrdə bütün sahələr üzrə böyük nailiyyətlər əldə olunub və ölkəmiz dünya birliyində özünəməxsus mühüm mövqelərə nail olub. Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış ən böyük nailiyyətlərimizdən biri olan tarixi Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasıdır.

Çıxışlar zamanı qeyd olunub ki, Böyük Qayıdışla bağlı Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərimizin öz evlərinə qayıtması Prezident İlham Əliyevin dəmir iradəsinin və uzaqgörən siyasətinin məntiqi nəticəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın Qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv