YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli dövlətçiliyimizin ən uğurlu dövrü

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Şərur şəhərində gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, partiyanın Mərkəzi Təşviqat Qrupunun üzvü, Milli Məclisin deputatı Cəbi Quliyev çıxış ediblər.

Vurğulanıb ki, Qalib xalqın qalib Lideri xalqımızı və dövlətimizi uğurlu gələcəyə doğru aparacaq. Yolumuz Ümummilli Lider Heydər Əliyevin ideyalarından qaynaqlanır. Prezident İlham Əliyev son 20 il ərzində Azərbaycanı dünyanın ən sürətlə və dinamik inkişaf edən ölkələrindən birinə çevirib. Bu gün qüdrətli iqtisadiyyata, siyasi sabitliyə malik olan Azərbaycanda milli birlik və həmrəylik nümayiş olunur.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider, xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Qeyd edək ki, yanvarın 23-də, həmçinin Şərur rayonunda Maxta kənd seçiciləri ilə görüş keçirilib. Görüşdə Naxçıvan MR Ali Məclisinin deputatı Nüsrət Həsənov və digərləri çıxış ediblər.