Xəbərlər
Tərtər sakinləri qələbələrin qarantı İlham Əliyevə səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Tərtər rayonu Seydimli kəndində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşviqat qrupunun üzvləri Mehman Babayev, Sitarə Xəlilova və Elşən Səfərov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, cənab İlham Əliyevin Prezident kimi Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində ölkəmizdə bütün sahələrdə sürətli inkişafa nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Ölkəmizin siyasi, iqtisadi imkanları genişlənib, beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin suverenliyi və ərazi bütövlüyünü bərpa edib, Xankəndidə və digər regionlarda üçrəngli bayrağımız ucaldılıb.
Natiqlər seçiciləri 7 fevral tarixində keçiriləcək prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər Azərbaycanı işıqlı sabaha aparan Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.