Xəbərlər
Nizami rayonunda Azərbaycan Rus İcmasının üzvü olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Nizami rayonunda yaşayan Azərbaycan Rus İcmasının üzvü olan seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra partiyanın prezident seçkilərində namizədi cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.
Daha sonra YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, YAP Mərkəzi Təşviqat qrupunun üzvü Anastasiya Lavrina, Azərbaycan Rus İcması Nizami rayon şöbəsinin sədri Vitaliy Kovalyov, tanınmış idmançı, “Şöhrət” ordenli İqor Ponomaryev, Milli Qəhrəman Yuriy Kovalyovun qızı Regina Kovalyova, müharibə veteranı Denis Artomonov və başqaları çıxış ediblər.
Çıxışçılar ölkəmizin sülhpərvər, multikultural və tolerant ölkə olaraq bütün dünyada sayılıb-seçildiyini və çoxmillətli ölkə olaraq məscidlərin, kilsələrin, sineqoqların sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını da diqqətə çatdırıblar. Vurğulanıb ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti respublikamızı daim parlaq qələbələrə doğru aparır.
Nizami rayonunda yaşayan Azərbaycan Rus İcmasının üzvü olan seçicilər də fikirlərini ifadə edərək bildiriblər ki, qalib Lider İlham Əliyevə səs verərək ölkəmizin davamlı inkişafını dəstəkləyəcəklər.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, təşviqat qrupunun üzvləri seçicilərlə fərdi görüşlər də keçiriblər.