Xəbərlər
Növbəti qələbələrin astanasındayıq!

Ordubadlı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Ordubad rayonunun Vələver, Vənənd və Dırnıs kəndlərində seçicilərlə görüş keçirilib.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov, təşviqat qrupunun üzvləri Əli Qənbərov, Arzu Qasımov, Təranə İsmayılova, Rza Allahyarov, Əsədulla Həsənov, Ramil Nəbiyev çıxış ediblər.
Çıxışlarda qeyd edilib ki, sözü imzası qədər dəyərli və keçərli olan Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev prezidentlik fəaliyyətinin 20 ili ərzində xalqına verdiyi vədləri yerinə yetirmiş güclü siyasi lider olaraq hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu təsdiqləyib. Azərbaycan xalqının seçimi Vətənə, xalqa ləyaqətlə xidmət göstərən, verdiyi vədlərə əməl edərək ölkəmizə möhtəşəm nailiyyətlər qazandıran və parlaq Qələbə bəxş edən, suverenliyimizin bərpasına nail olan Qalib Lider - İlham Əliyevdir.
Diqqətə çatdırılıb ki, qalib Azərbaycan çoxəsirlik tarixinin Zəfər seçkilərini keçirəcək: “Bu gün gözəl əhval-ruhiyyədə biz Azərbaycanın inkişafı, Azərbaycan xalqının rifahı naminə növbəti qələbələrin astanasındayıq”.
Görüşdə çıxış edən seçicilər fevralın 7-də öz səsvermə hüquqlarından istifadə edərək dövlətçilik və siyasi idarəçilik məharəti ilə dünyada tanınmış cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.