YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sonsuz inam

Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib.

Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, partiyanın İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov, təşviqat qrupunun üzvləri Ağaəli Hüseynov, Vəfa Həziyeva və digərləri çıxış ediblər.

Bildirilib ki, dövlətimizin başçısı İlham Əliyev yeni minillikdə və müasir çağırışlar fonunda Azərbaycanı modernləşdirmək, ölkəmizi yeni inkişaf mərhələsinə qovuşdurmaq missiyasını çox uğurla yerinə yetirib. Cənab İlham Əliyevin şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, xalqı milli amallar və məqsədlər naminə öz ətrafında böyük ustalıqla birləşdirə bilib. Ötən illər ərzində ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyinin əsasında da bu inam dayanır. Sarsılmaz birlik, xalqın öz Liderinə sonsuz inamı Azərbaycanın qazandığı bütün uğurların dayaq nöqtəsini təşkil edir.

Natiqlər ölkənin tərəqqisi, gələcək inkişafı və firavanlığı naminə qarşıdan gələn prezident seçkilərində hər kəsi cənab İlham Əliyevi dəstəkləməyə çağırıblar.