YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız güclü Azərbaycana səs verəcək!

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Neftçala rayonunun Bankə qəsəbəsində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, təşviqat qrupunun üzvləri Əbülfəz Ağayev, Nəcibə Abdullayeva, Şərabanı Əhmədova və şəhid atası Baloğlan Ağamalıyev çıxış ediblər. Çıxış edənlər bu dəfəki seçkilərin xalqımız üçün daha əlamətdar olduğunu qeyd edib, hər kəsin seçki ovqatının yüksək olduğunu bildiriblər. Bunun səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın keçdiyi inkişaf yoludur. Vurğulanıb ki, xalqımız cənab İlham Əliyevin simasında güclü və layiqli Azərbaycana səs verəcək.

Seçicilər bir neçə ay öncə Prezident İlham Əliyevin qəsəbəyə səfərini böyük məmnunluqla xatırlayıblar. Ən müasir tələblərə cavab verən məktəb binasının istifadəyə verilməsini göstərilən böyük diqqətin nümunəsi adlandırıblar. Qarşıdan gələn seçkilərdə cənab İlham Əliyevə səs verəcəklərini deyiblər. 

Qeyd edək ki, Bankə qəsəbəsində yaşayan şəhid ailələri ilə görüş keçirilib.