Xəbərlər
Yeni uğurlar və qələbələr naminə...
2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) təşkilatçılığı ilə gənclərlə növbəti görüş keçirilib.
Mingəçevir Şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Daha sonra Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən işlər və əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.
Görüşdə çıxış edən YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu gənclər siyasəti sayəsində yüksək potensiala malik vətənpərvər Azərbaycan gəncliyinin formalaşdığını diqqətə çatdırıblar. 7 fevral seçkilərinin gənclərin yeni uğurlar və qələbələr naminə cənab İlham Əliyevə qətiyyətli dəstəyinin daha bir ifadəsi olacağıma əminlik bildirilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə sona çatıb.