YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın daha da qüdrətlənməsinə səs verək!”

2024-cü il 7 fevral tarixində ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Şərur rayonunun Çomaxtur, Gümüşlü  və Şahbulaq kəndlərinin seçiciləri ilə görüşlər keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşlərdə YAP Şərur rayon təşkilatının sədri Əmir Babayev, Naxçıvan MR Ali Məclisinin deputatları Yeganə Məmmədova, Musa Vəliyev, şəhid atası Əli İsmayılov və partiya veteranı Mehparə Ələsgərzadə çıxış ediblər.

Çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüzün bərpasının həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaratdığı vurğulanıb. Qeyd olunub ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilərin bütün ölkə ərazisində keçirilməsi ərazi bütövlüyümüzün və suverenliyimizin növbəti təsbiti olacaq. Natiqlər Azərbaycanın son illər ərzində qazandığı nailiyyətlər fonunda seçiciləri 7 fevralda növbəti 7 il üçün qalib ölkənin qalib Lideri İlham Əliyevə səs verməyə dəvət ediblər.