Xəbərlər
Seçim bəllidir!

Siyəzən rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Siyəzən rayonunun Yenikənd və Tağay kəndlərində seçicilərlə görüş keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndiriib. Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Qalib xalqın qalib Lideri” adlı videoçarx nümayiş olunub.
Görüşdə YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev, YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin komitə sədri Sadiq Qurbanov, təşviqat qrupunun üzvü Yavuz Əliyev çıxış ediblər.
Çıxış edənlər Yeni Azərbaycan Partiyasının bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə getdiyini diqqətə çatdırıblar. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticələrindən geniş bəhs edilib. Vurğulanıb ki, 44 günlük Vətən müharibəsində əldə olunan Qələbəmiz və ötən ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri nəticəsində milli suverenliyimiz tam təmin olundu: “Zəfər seçkisi adlandırılan bu seçkilər müstəqillik tariximizdə mühüm əhəmiyyət kəsb edir. Əldə edilmiş bütün uğurların təməlində xalq-iqtidar birliyi dayanır və inanırıq ki, bu birlik daha da möhkəmlənəcəkdir”.
Daha sonra natiqlər seçiciləri qarşıdan gələn 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi xadim İlham Əliyevə səs verəcəklərini bildiriblər.