Xəbərlər
Sabirabad rayonunda təşviqat kampaniyası davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Sabirabad rayonunun Moranlı, Sarxanbəyli, Balahəşimxanlı, Nizami, Rüstəmli, Nəsimi, Çöl-Dəllək, Qardaşkənd və Hacıbəbir kəndlərindən olan seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov, təşviqat qrupunun üzvləri Telman Mirzəyev, Fəzail Cəfərov, Telman Qurbanov, Faiq Hüseynov və Nicat Əliyev çıxış ediblər.
Görüşdə çıxış edənlər təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin inamla davam etdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının ölkəmizdə taleyüklü məsələlərin həllini mümkün etməsinə diqqət çəkiblər. Natiqlər cənab İlham Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda aparılan çevik islahatlardan, qəbul olunan dövlət proqramlarının önəmindən də ətraflı bəhs ediblər.
Təşviqat qrupunun üzvləri seçiciləri 7 fevral prezident seçkilərində qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də öz növbəsində YAP-ın namizədi İlham Əliyevin alternativinin olmadığını, daha layiqli gələcək üçün məhz qalib Liderə səs verəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində yaşayan seçiciləri ilə də fərdi görüşlər keçirilib.