Xəbərlər
Azərbaycanın ərazi bütövlüyünü bərpa edən müdrik Lider
Zərdab rayonunda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Zərdab rayonunun Əlvənd və Şəftəhal kəndlərində seçicilərlə görüş keçirilib,
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüşdə YAP Zərdab rayon təşkilatının sədri İlkin Əliyev, təşviqat qrupunun üzvləri Qədir Hüseynov, Gülnaz Məmmədova, Zemfira Eyvazova və Dəyanət Mehrəliyev çıxış ediblər.
Çıxışlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması dövlət başçısının fəaliyyətinin zirvəsidir.
Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə görüş yekunlaşıb.
Qeyd edək ki, həmin gün Zərdab şəhərində Vətən müharibəsi şəhidi Anar Məmmədzadənin ailəsi də ziyarət olunub.