YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qalib Liderə olan inam

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Səbail rayonunda qadın seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra  Prezident İlham Əliyevin 20 illik fəaliyyətini əks etdirin videoçarx təqdim olunub.

Görüşdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP Veteranlar Şurasının üzvü Dilarə Seyidzadə, təşviqat qrupunun üzvləri Səyyarə İbadullayeva, Zaur Məmmədov və Təranə Kərimova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, gənc Azərbaycan dövlətinin əsaslarının möhkəmliyi və həyata keçirilən strategiyanın səmərəliliyi məhz Prezident İlham Əliyevin liderliyi, zəkası, siyasi iradəsi və uzaqgörənliyi sayəsində mümkün olub.

Natiqlər bildiriblər ki, gələcək inkişaf konsepsiyasının uğurla icrası üçün növbəti dövrdə də cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etməsi olduqca zəruridir. Xalqımız daim dövlətimizin başçısının ətrafında sıx birləşməli, 7 fevralda keçiriləcək prezident seçkilərində bu möhtəşəm siyasətin davamına səs verməlidir.

Çıxış edən seçicilər isə ötən dövrdə həyata keçirilən dövlət siyasətini dəstəklədiklərini, seçkilərdə fəal iştirak edərək partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklərini bəyan ediblər.

Görüşün sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, təşviqat qrupunun üzvləri Səbail rayonunun “Bibiheybet yolu 23” ünvanında yaşayan seçicilərlə də görüş keçirib, həmçinin şəhid Vüsal Teymurovun ailəsini ziyarət ediblər.