Xəbərlər
Yeni hədəflər daha möhtəşəm uğurlar vəd edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Naxçıvan Muxtar Respublikasının Tumbul, Qaraçuq kəndləri, Babək, Çənlibel, Əliqulu Qəmküsar məhəllələrində və Yusif Məmmədəliyev küçəsində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşdə iştirak edən təşviqat qrupunun üzvləri vətəndaşları dövlətimizin dinamik inkişafını təmin edən, ölkəmizi uğurdan uğura aparan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər isə qalib Liderə səs verərək yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsinə dəstək olacaqlarını bildiriblər.