YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycanı daim Zəfərlərə aparacaq!

Masallı rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Masallı rayonunun  Qızılağac və Yeyənkənd inzibati ərazi vahidinə daxil olan Abasbəyli, Xəlfələr kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, təşviqat qrupu üzvlərindən Qardaş Fətullayev, Aytən Əliyeva, Bayram Əsgərov, Nahid Rəhimov, şəhid bacısı Şəkilə Xəlilova və başqaları çıxış ediblər.

Çıxış edənlər seçiciləri 7 fevralda fəal olmağa və qalib Lider İlham Əliyevə səs verməyə çağırıblar.