Xəbərlər
“Azərbaycan xalqı öz seçimindən əmindir!”
Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Nərimanov rayonunda seçicilərlə növbəti görüş keçirilib.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, təşviqat qrupunun üzvləri Cəlil Xəlilov, Ruslan Nəcəfov, Arif Hümbətov və digərləri çıxış ediblər.
Çıxışlarda bildirilib ki, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa olunması Prezident İlham Əliyevin siyasətinin zirvəsidir. Vurğulanıb ki, cənab Prezidentin Liderliyi ilə Azərbaycan xalqı bundan sonra da qarşıya qoyduğu möhtəşəm hədəflərə çatacaq.
Qeyd olunub ki, Azərbaycanda mövcud olan xalq-iqtidar birliyindən aydın görmək olar ki, prezident seçkilərində Azərbaycan vətəndaşları dövlətçiliyimizin daha da möhkəmlənməsinə, demokratiyanın inkişafina və vətəndaşlarımız yeni dövrdə də özünün firavan gələcəyinə yekdilliklə səs verəcək.
Tədbirdə çıxış edən seçicilər də bildiriblər ki, Azərbaycan xalqı öz seçimindən əmindir və seçkilərdə qalib Lider İlham Əliyevi dəstəkləyəcəklər.