Xəbərlər
Sabirabad rayonunda təşviqat kampaniyası davam edir
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Sabirabad rayonunun Surra, Qaralı, Balvar kəndlərində və Sabirabad şəhəri Muğan prospektində yaşayan seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, təşviqat qrupunun üzvləri Mirzəcan Xəlilov, Xanoğlan Əsgərov, Telman Qurbanov, Tursun Əzizov, Faiq Hüseynov, Ərzuman Babaşov və Nicat Əliyev çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan xalqı 20 il öncə cənab İlham Əliyevi prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu və ölkədə Ulu Öndər siyasətinə alternativin olmadığını nümayiş etdirib.
Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Ordusu ölkəmizin suverenliyini, ərazi bütövlüyünü bərpa edib, Xankəndidə və digər regionlarda üçrəngli bayrağımız qaldırılıb.
Seçicilər cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıb, fevralın 7-də Müzəffər Ali Baş Komandana səs verəcəklərini deyiblər.
Qeyd edək ki, yanvarın 19-da təşviqat qrupunun üzvləri rayonun qadın seçicilərilə də görüş keçiriblər.