Xəbərlər
Kəngərli seçiciləri ölkənin davamlı inkişafına səs verəcəklər

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Kəngərli rayonunun Qabıllı kəndində seçicilərlə görüş keçirib.
Görüşdə YAP Kəngərli rayon təşkilatının sədri Sevda Quluyeva, Naxçıvan MR Ali Məclisinin deputatı, təşviqat qrupunun üzvləri Əbülfəz Babayev, Ehtimad Məmmədov, qazi Şakir Babayev çıxış ediblər.
Qeyd edilib ki, 7 fevral tarixində keçiriləcək prezident seçkiləri xalqımızın dövlətinə və onun qalib Liderinə olan inamını bir daha təsdiq edəcək. Vurğulanıb ki, ölkəmizdə qalib lider-xalq vəhdəti sarsılmazdır və bu, özünü qarşıdan gələn 7 fevral prezident seçkilərində də yüksək səviyyədə göstərəcək.
Sonda natiqlər seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.