YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xaçmazda seçicilərlə görüşlər uğurla davam edir

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Xaçmaz rayonu Qalağan, Çarxı kəndlərinin sakinləri və mədəniyyət sahəsində çalışan seçicilər ilə görüşlər keçirilib.

Görüşlərdə YAP Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, təşviqat qrupunun üzvləri Nazim Ağayev, İmran Museyibov, Abasyar Heydərov, Telnaz Adıgözəlova, Pakizə Mehdiyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan Lideri ölkənin sürətli inkişafına nail olub.  Bu gün Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər doğma yurdlarına qayıdırlar. Əhalinin sosial rifah halının daha da yüksəldilməsi üçün ardıcıl şəkildə sosial proqramlar həyata keçirilir.

Natiqlər görüşdə iştirak edən hər kəsi cənab İlham Əliyevin siyasətini dəstəkləməyə, həmrəy olmağa, Azərbaycanın gələcəyinə səs verməyə çağırıblar.

Seçicilər isə Müzəffər Ali Baş Komandana səs verərək yeni dövrün yeni hədəflərinin müəyyənləşdirilməsinə dəstək olacaqlarını bildiriblər.

Qeyd edək ki, həmin gün rayonun Qalağan, Sayad, Çarxı kəndləri və Xaçmaz şəhəri yeni yaşayış massivində seçicilərlə fərdi görüşlər də keçirilib.

DİGƏR Xəbərlər Arxiv