YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımıza möhtəşəm qələbələr bəxş etmiş Liderə səs verəcəyik

Binəqədi rayonunda ilk dəfə səs verəcək seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Binəqədi rayonunda ilk dəfə səs verəcək gənc seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə qazanılan uğurlara həsr olunmuş videoçarx nümayiş etdirilib.

Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin üzvü  Səbinə Xasayeva, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov, təşviqat qrupunun üzvləri Fikrət Əliyev, Həcər Mirzəyeva və qazi Ceyhun Sədrayev çıxış ediblər.

Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə həyata keçirilən gənclər siyasətindən danışılıb. Gənclərimizin daha savadlı, intellektual, dünyagörüşlü və vətənpərvər yetişmələri üçün görülən işlərdən, yaradılan şəraitdən ətraflı bəhs edilib. Qalib xalqımızın gənc vətəndaşlarının Vətən müharibəsində qorxmazlığı və məğrurluğu ilə, peşəkarlığı və Vətən sevgisi ilə qazanılan zəfərimiz tariximizin ən şanlı səhifələrindən biridir. Bu gənclik məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yetişmiş gənclərdir.

Natiqlər ilk dəfə səs verəcək gəncləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək qalib Lider cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.

Qeyd edək ki, rayonun Binəqədi qəsəbəsində də seçicilərlə görüş keçirilib.

DİGƏR Xəbərlər Arxiv