YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Masallı seçicilərinin yeganə seçimi cənab İlham Əliyevdir

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Masallı şəhər Mədəniyyət evində qadın seçicilər, eləcə də rayonun Kubin, Nəzəroba kəndlərinin seçiciləri ilə görüş keçirilib.

Görüşlərdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Anar İsgəndərov, Milli Məclisin deputatı Məşhur Məmmədov, rayon təşkilatının sədr müavini İlkin Əzizov, təşviqat qrupunun üzvləri Aytən Əliyeva, Aytən Şükürova, Əntiqə Tağıyeva, Şəfa Allahverdiyeva, Əsmər Əliyeva, Leyla Məmmədova, Asudə Məmmədova, Gülnaz Talıbova, Rəsilə Ağayeva, Bəsirə Cəlilova, Adilə Qasımova, Mətanət Babayeva, Sadıq Məmmədov, şəhid anaları Mehriban Sultanova və Elmira Nağıyeva çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, müstəqilliyini ilbəil möhkəmləndirən Azərbaycan dövlətinin tarixində Prezident İlham Əliyevin qızıl hərflərlə yazdığı şanlı səhifələrin sayı artmaqdadır. Son illərdə qazanılan uğurların zirvəsində isə işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Natiqlər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin tarixi günlər yaşadığını deyib,  Azərbaycanın 2020-ci ildən indiyədək çox möhtəşəm uğurlara imza atdığını, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu söyləyiblər.

Seçicilər də prezident seçkilərinin dövlətimiz, xalqımız üçün uğur gətirəcəyindən əminliklərini ifadə edib, cənab İlham Əliyevi dəstəkləyəcəklərini diqqətə çatdırıblar.

DİGƏR Xəbərlər Arxiv