YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Beyləqan rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Beyləqan rayonu Yeni Mil, Milabaq qəsəbələrində və Kəbirli kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə YAP Beyləqan rayon təşkilatının sədri Müşfiq Səfərov, təşviqat qrupunun üzvləri Fədayət Rüstəmov, Xəyalə Kərimova, Fikrət Ağayev, Səxavət Məmmədov, Niyaməddin Əsgərov, şəhid atası Vaqif Abışov, Zakir Tağıyev və başqaları çıxış ediblər.

Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyaları Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Azərbaycan Respublikası son 20 ildə möhtəşəm uğurlara imza atıb. Təbii ki, bu uğurların zirvəsində işğal altındakı torpaqlarımı­zın azad olunması, ərazi bütövlü­yümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır.

Natiqlər seçiciləri 7 fevralda seçki məntəqələrə gedərək Azərbaycana tarixi Zəfər bəxş etmiş qalib xalqın qalib Lideri cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Kampaniya çərçivəsində, həmçinin, Milabad qəsəbəsində və Kəbirli kəndində şəhid ailələri ziyarət olunub.

DİGƏR Xəbərlər Arxiv