YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Uğurlara davam!

Lənkəranlı seçicilərlə görüşlər keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində  Lənkəran şəhəri Mədəniyyət Mərkəzində şəhər sakinləri və qadın seçicilərlə, eləcə də  “Şirəli Axundov 8“ ünvanında yaşayan seçicilərlə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri deputat Ziyafət Əskərov, təşviqat qrupunun üzvləri Hadı Rəcəbli, Əlimərdan Əliyev, Südabə Hüseynova, Güloğlan Bağırov və İldırım Şükürzadə çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan qadını həmişə öz iradəsi və mərdliyi, sədaqəti, ailəyə, milli-mənəvi dəyərlərimizə bağlılığı ilə cəmiyyətimizin həyatında, dövlətçiliyin güclənməsində, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Sonra Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmizin keçdiyi misilsiz inkişaf yolundan geniş bəhs olunub. Diqqətə çatdırılıb ki, cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan qazandığı böyük uğurlarla dünya dövlətləri arasında layiqli yer tutub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülən işlər göz qabağındadır. İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması görülən işlərin məntiqi nəticəsidir.

Natiqlər seçiciləri 7 fevral prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib. 

DİGƏR Xəbərlər Arxiv