YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Əliyevin yürütdüyü siyasət alternativsizdir

Culfa rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Culfa rayonu Yaycı kəndində seçicilərlə görüş keçirilib. 

Görüşdə YAP Culfa rayon təşkilatının sədri Qadir İbrahimov, Milli Məclisin deputatı Cəbi Quliyev, Naxçıvan MR Ali Məclisinin deputatı Fərəc Fərəcov, təşviqat qrupunun üzvləri İlham Mövlayev, Gültac Nəzərova, Əli İbrahimov, şəhid atası Ramiz Hüseynov çıxış ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda qeyd olunub ki,  müasir tariximizə əsrə bərabər 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan misilsiz inkişaf yolu keçib. 
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırıb. Bildirilib ki, XXI əsrdə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan yalnız öz gücünə, xüsusən də Prezident İlham Əliyevin əsəri olan güclü milli iqtisadiyyata söykənərək regionumuza sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirib. Seçkilərin müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçirilməsi və cəmiyyət tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilməsi xüsusi qeyd olunub.

Seçicilər 7 fevral  tarixində seçki məntəqələrinə gedərək partiyanın yeganə alternativsiz namizədi, qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.

DİGƏR Xəbərlər Arxiv