YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycan yeni-yeni hədəflərə doğru

Qobu qəsəbəsində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 19-da Abşeron rayonunun Qobu qəsəbəsində seçicilərlə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, təşviqat qrupunun üzvləri şəhid anası Xatirə İsmayılova, şəhid atası İntiqam Heydərov, Vüqar Səlimov və Faiq Xosrovlu çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin uzaqgörən, prinsipial və milli maraqlara əsaslanan siyasəti nəticəsində dövlətimiz və xalqımız qarşıya qoyduğu müqəddəs vəzifələrin yerinə yetirilməsinə - ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsinə nail olub. Bütövlükdə, cənab İlham Əliyevin liderliyi ilə Azərbaycan bütün sahələr üzrə möhtəşəm nailiyyətlər əldə edib , o cümlədən beynəlxalq müstəvidə nüfuzlu dövlətlər sırasına yüksəlib. 

Görüşdə çıxış edən seçicilər fevralın 7-də seçki məntəqələrinə gedərək  xalqımıza Zəfər sevinci yaşadan cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv