Xəbərlər
Lerikdə seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Lerik rayon Molalan və Züvüç kəndində yaşayan seçicilərlə görüşlər keçirilib.
Görüşdə YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev, təşviqat qrupunun üzvləri Elxan Qənbərov və Elxan Əliyev çıxış ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, həmişə olduğu kimi, xalqımız bu dəfə də düzgün seçim edərək, dövlətimizin təhlükəsizliyinin, iqtisadi qüdrətinin ilbəil möhkəmlənməsinin təminatçısı olan cənab İlham Əliyevə səs verəcəklər.
Seçicilər isə öz çıxışlarında ölkəmizin davamlı inkişafı naminə 7 fevral prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.
Qeyd edək ki, kampaniya çərçivəsində fərdi görüşlər də keçirilib.