YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seçimimiz humanist Lider İlham Əliyevdir!

Xocavənd rayonundan olan seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Xocavənd rayonundan olan şəhid Xəyal Namazovun və şəhid Yusif Əhmədovun ailələri ziyarət edilib. Eyni zamanda, 320 ailəlik Xocavənd qəsəbəsində şəhid ailələri, qazilər və müharibə iştirakçıları ilə görüş keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra cənab İlham Əliyevin 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Görüşlərdə YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Milli Məclisin deputatı Elman Məmmədov, Vətən müharibəsi qaziləri Müşfiq Hüseynov, Ruslan Mirzəliyev və Vüqar Səfərov çıxış ediblər.

Çıxışlarda Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini təmin etdiyi vurğulanıb. Natiqlər ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük inkişaf yolu keçdiyini, bütün sahələrdə nailiyyətlər əldə etdiyini bildirib, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin memarının da məhz cənab İlham Əliyev olduğunu diqqətə çatdırıblar.

Həmçinin şəhid ailələri, qazilər və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan bəhs edilib. Bildirilib ki, Azərbaycan dövləti ardıcıl olaraq bu kateqoriyalı insanların sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində sistemli tədbirlər həyata keçirir. Dövlətimiz tərəfindən xüsusi qayğıya ehtiyacı olan insanların sosial müdafiəsi yüksək səviyyədə təşkil edilir.

Görüş zamanı çıxış edən şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə minnətdarlıq edib, müstəqil Azərbaycanın firavanlığı naminə prezident seçkilərində qalib Liderimizə səs verəcəklərini vurğulayıblar.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.