Xəbərlər
Qaradağlı seçicilər Azərbaycanda sabitliyin, tərəqqi və inkişafın davamına səs verəcəklər
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də YAP Qaradağ rayon təşkilatının qərargahında şəhid ailələri, I və II Qarabağ müharibəsi qaziləri və iştirakçıları olan seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Milli Məclisin deputataları Aydın Hüseynov və Səbinə Xasayeva, təşviqat qrupunun üzvləri çıxış ediblər. Bildirilib ki, bu gün bütün dünya azərbaycanlıları ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə qürur duyur. Artıq qalib xalqımız qalib Lider İlham Əliyevin rəhbərliyi ilə Böyük Qayıdış proqramını uğurla həyata keçirir, doğma Qarabağımız cənnət məkana çevrilir.
Görüşdə çıxış edənlər son 20 ili nəhəng quruculuq və sürətli tərəqqi dövrü kimi xarakterizə ediblər. Natiqlər seçiciləri 7 fevralda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar. Bu çağırışı dəstəkləyən seçicilər qalib Liderə səs verəcəklərini bəyan ediblər.
Qeyd edək ki, Lökbatan qəsəbəsində yerləşən Musəvi küçəsi 1 ünvanında yaşayan seçicilərlə də görüş keçirilib.