YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt gələcəyimizin təminatçısına səs verək!

Qobustan rayonunda seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 18-də Qobustan rayonunda ziyalı və ağsaqqallarla görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, YAP Veteranlar Şurasının üzvü  Xeyrəddin Qoca, təşviqat qrupunun üzvləri Musasoltan Eyyubov, Şahin Soltanov, Tofiq Baloğlanov, Güloğlan Əhədov və Vəfadar Rüstəmov çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 20 il Azərbaycan tarixinə sürətli inkişaf dövrü kimi daxil olub. Şübhəsiz, hərtərəfli tərəqqinin təməlində Ümummilli Lider Heydər Əliyevin inkişaf strategiyası, onun müəyyənləşdirdiyi daxili və xarici siyasət xətti dayanır. Vurğulanıb ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qəhrəmanlığı ilə otuz ilə yaxın müddətdə işğal altında olan Vətənimizin əbədi və ayrılmaz parçası Qarabağ torpaqları azad edilərək dövrün  hünər, rəşadət, igidlik və şücaət  salnaməsinə çevrilib. Prezidentimizin əfsanəvi “Dəmir yumruq” əməliyyatı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi, suverenliyi tam təmin olundu. Natiqlər bütün bu reallıqlar fonunda seçiciləri daha böyük qələbələr naminə qalib Liderə səs verməyə çağırıblar.

Seçicilər isə qeyd ediblər ki, fevralın 7-də xoşbəxt gələcəyimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəklər.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

Qobustan şəhərində seçicilərlə məhəllələrdə görüşlər keçirilib.

DİGƏR Xəbərlər Arxiv