YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hər bir azərbaycanlının Prezidenti

Şirvan şəhərində şəhid ailələri ziyarət edilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şirvan şəhərində şəhid ailələri ziyarət edilib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov şəhidlər Natiq Quliyevin və Bəxtiyar İslamovun ailələri ilə görüşdə bildirib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə xüsusi diqqət və qayğı dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Dövlətin bu sahəyə ayırdığı diqqət və qayğının göstəricisi olaraq son illərdə Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında önəmli layihələr həyata keçirilir.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə hər bir azərbaycanlının Prezidenti İlham Əliyevə minnətdarlıq edib, 7 fevral seçkilərində qalib Liderimizə səs verəcəklərini vurğulayıblar.