YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir”

Naxçıvan şəhərinin Qaraçuq kəndində seçicilərlə görüş keçirilib

2024-cü il fevralın 7-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Naxçıvan şəhərinin Qaraçuq kəndində seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, təşviqat qrupunun üzvləri - Naxçıvan MR Ali Məclisinin deputatları Asim Əliyev, Aidə Allahverdiyeva, Naxçıvan MR Ağsaqqallar Şurasının sədri Məmməd Məmmədov çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası prezident seçkilərinə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqilliyi təmin edilib, fundamental təməlləri atılan ölkəmiz Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən 20 ildə davamlı olaraq inkişaf edib. Məhz bunun nəticəsidir ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  şanlı Ordumuz 30 illik ədalətsizliyə son qoyaraq Azərbaycan tarixinin ən böyük Zəfərini bəxş edib. Buna görə də Vətən müharibəsindən sonra ölkəmizdə ilk seçki olan 7 fevral prezident seçkiləri bütün xalqımız tərəfindən Zəfər seçkisi adlandırılır.

Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, xalqımız prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcək.

Görüşdə çıxış edən seçicilər də 7 fevral seçkilərində hamılıqla iştirak edərək, Müzəffər Ali Baş Komandan, dünya miqyaslı siyasi xadim İlham Əliyevə səs verəcəklərini bildiriblər.