Xəbərlər
Xocalı seçicilərinin seçimi məlumdur
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Goranboy rayonunda məskunlaşmış Xocalı sakinləri ilə fərdi görüşlər keçirilib.
YAP Xocalı rayon təşkilatının sədri Vahid Əliyev şəhid ailələri və qaziləri ziyarət edib. Vahid Əliyev Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərdən bəhs edib, şəhidlərimizin qisasının alındığını diqqətə çatdırıb. Xocalı sakinlərinin tezliklə doğma yurdlarına qayıdacaqlarına əminlik ifadə olunub.
Görüş iştirakçıları yekdilliklə YAP-ın prezidentliyə namizədi, qalib Lider İlham Əliyevə səs verəcəklərini bildiriblər.