Xəbərlər
Şuşalı seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-da Bakı şəhəri, Kürdəxanı qəsəbəsində məskunlaşmış şuşalı seçicilərlə görüş keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev, təşviqat qrupunun üzvləri İlhami Cəfərsoy, Elnur Axundov və Humirə Hüseynova çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 2003-2023-ci illər ərzində cənab İlham Əliyevin ölkə Prezidenti kimi gördüyü titanik işlər Azərbaycanın inkişafına çox böyük təkan verib. Işğal altında olan torpaqlarımızın azad edilməsi isə Prezidentin fəaliyyətinin zirvəsini təşkil edir.
Çıxışlarda Qarabağın Fatehi İlham Əliyevin 7 fevral seçkilərində qələbə qazanmasına əminlik ifadə olunub.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.