Xəbərlər
Şahbuz rayonunda növbəti görüş
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-də Şahbuz rayonunun Daylaqlı kəndində seçicilərlə görüş keçirilib.
Görüşdə YAP Şahbuz rayon seçki qərargahının üzvü Rauf Bağırov çıxış edərək prezident seçkilərinin əlamətdar hadisə olduğunu, həmçinin müstəqil Azərbaycan Respublikasının tarixində ilk dəfə olaraq ölkənin bütün ərazisində keçiriləcəyini vurğulayıb. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyası seçkilərə “Qalib xalqın qalib lideri” şüarı ilə gedir.
Görüşdə seçicilər çıxış edərək Yeni Azərbaycan Partiyasının namizədi, qalib Lider, Azərbaycan xalqına zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə səs verəcəklərini bildirib, səsvermə günü hamılıqla seçki məntəqələrinə gələrək seçki hüquqlarından istifadə etməyə çağırıblar.